Ermənistana ağır zərbə: Hər şey dəyişəcək və… – düşmən yenilir
Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdığı elan edib.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, bu qərar indiki məqamda Ermənistana çox ağır zərbə oldu:
“Azərbaycana maliyyə yardımı göstərilməsi məsələsi konqressin günəliyindən çıxarılan zaman erməni lobbisi və onları təmsil edən bəzi konqresmenlər çalışırdı ki, Azərbaycana 20 milyon dollar həcmində yardım göstərilməsini blok etsinlər. Ancaq buna nail ola bilmədilər. Ağ Evin rəhbərliyindən konqresmenlər üçün çox ciddi sənəd təqdim olunmuşdu. Həmin sənəddə Ermənistanın Rusiyanın “əlaltısı” kimi bölgədə təcavüzkar siyasət apardığını, öz ərazilərini NATO-nun əleyhinə yönəlmiş Rusiya ordusu üçün təsis etdiyini, bununla da ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyi üçün təhlükəli şərait yaratdığı qeyd edilib.
Görünür ki, hətta erməni lobbiisnin maraqlarına cavab verən konqresmenlər də ABŞ-ın dövlət maraqlarını əsas tutaraq, belə bir qərar qəbul etdilər”.
Politoloq bildirb ki, bu qərar Erəmintanın bölgədə terrorizm siyasətini daha açıq şəkildə göstərəcək:
“Gözləmədiyimiz halda ABŞ bu günə qədər bildikləri hadisələrin tam anotomiysını Nümayəndələr Palatasının diqqətinə çatdırdı və bildirdi ki, Ermənistana hərbi yardım göstərmək olmaz. Üstəlik, ABŞ tərəfi qanunvericilik məclisinin timsalında ciddi bir siyasi iradə ortaya qoydu. Bildirildi ki, Ermənistan bölgədə təcavüzkar dövlətdir. Bu, ciddi fakdır və sözügedən qərarın qəbul edilməsi, daha açıq formada Azərbaycanın ərazi bütövlüyünün tanınmasına və erməni işğalçı qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına gətirib çıxaracaq”.
Q. Hüseynli sözlərinə görə, bu qərar Ermənistanın işğalçı siyasəti ilə bağlı digər bir siyası bəyanatın verilməsinə də səbəb ola bilər.
Qeyd edək ki, bu gün ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul edilib. Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət katibi Müdafiə naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.