Ermənistana xəbərdarlıq etdi: Nəticəsi çox pis olacaq

“Əgər Kaya Kallasdan Moldovadakı kimi yardım göstərmək xahiş olunsa, nəticəsi çox pis olacaq. Açığını deyim ki, indiki vəziyyətin necə bitəcəyini də bilmirəm. Təəssüf ki, Moldovada insanlar bir-birinə qarşı çıxır, vətəndaşlar bir-birinə qarşı yönəldilir. İndi bu durumda Kaya Kallasın hansı köməyi göstərə biləcəyini təsəvvür edə bilmirəm”.

Polise.az  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın İrəvanın Brüsseldən Ermənistanda keçiriləcək parlament seçkiləri üçün yardım istəməsi barədə açıqlamasını şərh edərkən deyib.

Zaxarova iddia edib ki, Rusiya daxili işlərə qarışmamaq və dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qalır:

“Erməni həmkarlarımızla bütün danışıqlarda bu prinsiplərdən çıxış edirik, amma təəssüf ki, bəzi Qərb siyasətçiləri haqda bunu demək olmur. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas açıq şəkildə Ermənistana Moldovada sınaqdan keçirilmiş seçki praktikasını təklif edir. Bu praktikalar nədir? Siyasi təzyiq, hədələmə, qorxutma, seçkilərdən əvvəl müxtəlif kreditlər, qrantlar, ödənişlər və sair yolla təsir göstərilməsi”.

Rusiya rəsmisi ritorik bir sual da ünvanlayıb:

“Kaya Kallas və Avropa Komissiyası Ermənistan və erməni xalqı üçün hansı yaxşı işi görüb?”.

Zaxarova Kaya Kallas və Brüsseli Ermənistanda rusofobiyanı qızışdırmaqda və Moskva-İrəvan əlaqələrini pozmağa cəhddə günahlandırıb. O əlavə edib ki, Aİ-dən fərqli olaraq, Rusiya Ermənistana saysız yardımlar göstərib, hətta onu xilas edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button