Ermənistanda həyəcan təbili: “Laçında Azərbaycan-Türkiyə təlimlərinin keçirilməsi,..”
Ermənistanda daxili gərginliyin olduğu bir dövürdə Azərbaycan və Türkiyə Laçında hərbi təlimlər həyata keçirir.
Erməni mediasına istinadla xəbər verilir ki, bunu erməni hərbi ekspert Gevorq Gevorqyan deyib.
O iddia edir ki, Ermənistan sakinləri qəsdən yoldan çıxarılır və tədricən bir-birinə qarşı qoyulur:
“Daxili fikir ayrılıqlarımıza baxmayaraq, bizi xaricdən sevməyən qüvvələrin də olduğunu unutmamalıyıq. Hər kəs müxtəlif məqsədlər üçün daxili sahəmizdə mövcud olan fikir ayrılıqlarını öz məqsədləri üçün istifadə edir. Laçında Azərbaycan və Türkiyə hərbi təlimləri həyata keçirilir”.
Erməni ekspert xatırladır ki, Azərbaycan və Türkiyənin birgə təlimləri faktiki olaraq Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi yaxınlığında keçirilir.
Onun fikrincə, bu təlimlərlə ərazi araşdırılır, relyefə diqqət edilir, yolda yarana biləcək və müəyyən hava şəraitinin yarada biləcəyi mümkün problemlər, menaeələr nəzərdən keçirilir:
“Onlar bu və ya digər hadisələrin gedişi ilə müəyyən şərtlər altında hansı uğur əldə edə biləcəyini müəyyən etmək istəyirlər”.