Ermənistanda Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci bazasının hərbçisinin asılmış meyiti aşkarlanıb.

Bu barədə Polise.az  Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, yerli vaxtla saat 17:20 radələrində Rusiya vətəndaşı Vitali Şevçenko polisə zəng edərək Gümrü şəhərinin Aram Xaçatryan küçəsindəki evlərdən birində asılmış meyitin tapılması barədə məlumat verib.

Polis və müstəntiqlər binadakı mənzildə Rusiyanın 102-ci bazasının hərbi qulluqçusu, 23 yaşlı Rusiya vətəndaşı Aleksey Yampolskinin meyitini aşkar ediblər.

Faktla bağlı intihar və ya intihara cəhd maddələri ilə cinayət işi açılıb. Meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button