Ermənistandan Türkiyəyə qarşı daha bir addım – 6 aydan sonra…

Türk mallarının idxalına qoyulan qadağanın 6 ay daha uzadılması məsələsi hazırda müzakirə olunur.

Bu barədə Ermənistanın iqtisadiyyat nazirinin müavini Avak Avanesyan bildirib.

Embarqonun ölkə iqtisadiyyatına təsirindən danışan nazir müavini deyib ki, bu qadağanın tətbiqi ilə alternativ yerli məhsulların istehsalına maraq artıb. Qadağa nəticəsində iqtisadiyyata dəyən ziyana gəlincə, nazir müavini vurğulayıb ki, bu addımın fəlakətli nəticələri də hiss olunmasa da, hazırda bunu müəyyənləşdirmək çətindir: “Koronavirusun iqtisadiyyata verdiyi zərər o qədər böyükdür ki, bütün digər mənfi hadisələri özünün kölgəsində qoyur. Buna baxmayaraq, demək istəyirəm ki, qadağan olunmuş bütün türk mallarına alternativ məhsulları istehsal və ya digər ölkələrdən idxal etmək potensialımız var”.

Hamısını Göstər

Related Articles

Back to top button