Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqda qanun layihəsi təsdiqləndi…

Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyası Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib. O, plenar iclasların gündəliyinə daxil ediləcək.
Polise.az xəbər verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.
Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi Artak Zeynalyan bildirib ki, bu qanun layihəsi üzrə məsləhətləşmələrdən sonra hökumət üçün məqbul variant qəbul edilib.
Sənədin redaktə edilmiş əsaslandırmasında bildirilir ki, ölkənin Aİ-yə daxil olması prosesinə başlamaq layihəsi demokratik institutların inkişafı, cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsi, respublikanın təhlükəsizliyinin, sabitliyin və qanunun aliliyinin möhkəmləndirilməsi məqsədi ilə qəbul edilir.
Xatırladılır ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan vurğulayıb ki, ölkənin Aİ-yə daxil olması ilə bağlı yekun qərar yalnız ümumxalq səsverməsi zamanı verilə bilər. Bundan sonra fevralın 12-də sənəd respublika parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib. İlkin olaraq ikinci oxunuş martın 4-də keçirilməli idi, lakin bu “texniki səbəblərlə” izah edilərək təxirə salınmışdı.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button