Ermənistanın Azərbaycana qarşı cinayətlərinin təşkilatçıları və icraçıları müəyyənləşdirildi

“Hərbi qurumlarda korrupsiya hüquqpozmaları ilə mübarizə aparılması, zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”.

Bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

“Təcavüzkar Ermənistanın işğalçı silahlı qüvvələri və hərbi caniləri tərəfindən son onilliklər ərzində Azərbaycan Respublikasına qarşı törədilən məlum sülh və insanlıq əleyhinə və sair kateqoriya cinayətlərin ibtidai istintaqının aparılması, cinayətlərin törədilmə mexanizminin bütün elementlərinin, zərərçəkmiş şəxslərin, onlara vurulan ziyanın, cinayətkarların təşkilatçı və icraçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompleks əməliyyat-istintaq hərəkətlərinin təşkili və icra edilməsi hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini vicdanlı və layiqincə icra etmələri, fədakar əməyi nəticəsində mümkün olub”, – deyə o vurğulayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button