Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi dron hücumu səbəbindən Moskvaya enə bilməyib.

“Baza” “Telegram” kanalının məlumatına görə, Paşinyanın ACJ319 təyyarəsi Tver bölgəsi üzərində təxminən bir saat fırlanaraq eniş icazəsi gözləyib, lakin eniş üçün icazə verilməyib.
Təyyarə sonda Pulkovo Beynəlxalq Hava Limanına yönləndirilib və orada saat 1:00 radələrində eniş edib.
“Baza” qeyd edir ki, Paşinyanın Almaniyaya səfərindən sonra Moskvaya uçması və Avrasiya İqtisadi Birliyinin (AAİB) Hökumətlərarası Şurasının iclasında iştirak etməyi planlaşdırması diqqət çəkir.
Qeyd olunur ki, 11 dekabr gecəsi Rusiya bölgələri son həftələrin ən böyük dron hücumuna məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 287 PUA-nı vurub, bunlardan 40-ı Moskva bölgəsi üzərində olub.



