Ermənistanın müdafiə naziri: “Xidmətə hazırlığımız çatışmır, bəziləri ordudan yayınır”
“Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır”.
Polise.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.
“Hərbi xidmətə çağırışa gəlincə, bəli, narahatlıq doğuran problemlər var. Amma biz onları həll etməyə çalışırıq”, – nazir deyib.
Papikyan hərbi universitetdə islahatların aparılmasını vacib sayıb.
O, yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçinin öldüyünü qeyd edib.
Polise.az