Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
Ermənistanın daha bir yalanı ifşa olunub.
Belə ki, ermənilərin Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevin həlak olması barədə məlumatı saxta çıxıb.
Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Hafiz Ağayev sağdır, hazırda xidmətini davam etdirir.
Qeyd edək ki, ermənilər tərəfindən Hafiz Ağayevin olduğu maşının dörd gün əvvəl minaya düşdüyü xəbəri yayılmışdı.