Ermənistanın xarici siyasəti İrəvanda deyil, Parisdə müəyyən edilir

Nikol Paşinyanın söylədiyi fikirlər söz oyunlarıdır. Paşinyan adətən terminlər üzərindən manipulyasiya etməyi sevir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Oqtay Qasımov Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana etdiyi təklifi (İki ölkə arasında bir-birinin silahlarına nəzarət olsun və ərazilərinə hücum etməməsi ilə bağlı anlaşma imzalansın) şərh edərkən deyib.

Onun sözlərinə görə, bu cür açıqlamalar təbliğat xarakterlidir:

“Nikol Paşinyan guya göstərməyə çalışır ki, Ermənistan sülhün tərəfdarıdır. Guya sülh üçün mümkün olanı, əlindən gələni edir. Azərbaycan iki il yarım öncə Ermənistana beş prinsip əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib. Bu, beynəlxalq hüquq və ədalət prinsiplərinə tam şəkildə uyğun idi. Ermənistan da ilk dövrlər bu təklifləri qəbul etdiyini açıqlamışdı. Sonradan Ermənistan sülh müqaviləsinin tərkibinə başqa elementləri daxil etməyə cəhd etdi. Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi, onların həyata keçirilməsi, beynəlxalq mexanizmlərin yaradılması tipli məsələlər üzərindən manipulyasiya etməyə başladılar. Azərbaycan təbii ki, bunu qəbul etmirdi. Qarabağda Azərbaycan tam şəkildə ərazi bütövlüyünü, suverenliyini təmin edəndən sonra bu mövzular da gündəmə çıxdı”.

Oqtay Qasımov bildirib ki, Ermənistan hazırda daha çox proseslərin yubadılmasında maraqlıdır:

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button