Ermənistanın XİN başçısı: “Azərbaycanla sülh sazişi üçün üç əsas prinsip var”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.

Polise.az  xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.

Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə liderlər yox, həm də nazirlik və digər idarələr səviyyəsində gedir: “Nazirliyin xətti ilə sülh sazişi üzrə təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini Bakıya təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button