Ersin Tatar Azərbaycan xalqını təbrik etdi – FOTO
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 18-də Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində yazıb.
“Qədim qardaşlıq bağları ilə bir-birimizə bağlı olduğumuz Can Azərbaycanın 18 Oktyabr Müstəqillik Gününü ən səmimi duyğularımla təbrik edir, Prezident İlham Əliyevə və bütün Azərbaycana şəxsən öz adımdan və xalqım adından ən xoş arzularımı yetirirəm”, – Ersin Tatar qeyd edib.
Musavat.com
Polise.az