Əsəd Həsən Şeybani: Suriya və Türkiyə yeni tarix yazıb

Suriya və Türkiyə yeni tarix yazıb.

Polise.az-ın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı zamanı bildirib.

Nazir qeyd edib ki, yeni hökumət Türkiyə ilə münasibətləri dəstəkləyəcək.

Onun sözlərinə görə, yeni Suriyanın quruluşu zamanı bütün xalqın maraqları nəzərə alınacaq.

Ə. H. Şeybani Suriyanın birliyə ihtiyacı var və artıq etnik qarşıdurmalardan uzaq durulmalıdır.

“Yeni Suriyada PKK, YPG və PYD kimi terror təşkilatlarına yer yoxdur, onların nəzarəti altında olan ərazilər mərkəz hakimiyyətə təhvil verilməlidir”, – nazir vurğulayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button