Əsədi devirən Colaninin “ölüm” SİYAHISI – Bu şəxsləri BAĞIŞLAMAYACAQ

Suriyada müxalif “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Colani Bəşər Əsədin devrilməsindən sonra, rejimin həbsxanalarında işgəncə və ölümlərə səbəb olanların “ədalətdən qaça bilməyəcəyini” bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb.

Əl-Colani dövlət televiziyasının Telegram kanalında yayımlanan açıqlamasında deyib: “Onları Suriyada izləyəcəyik və ədaləti təmin edə bilməyimiz üçün ölkələrdən qaçanları təslim etmələrini istəyirik”.

Əsəd rejiminin süqutundan və təxminən 14 illik vətəndaş müharibəsinin sona çatmasından sonra iki həftə ərzində rejimin komandirləri axtarışa verilib. Bir çox yüksək rütbəli şəxs xaricə qaçıb və bəzilərinin rejimin dəstəyinin ənənəvi olaraq ən güclü olduğu sahillərdə gizləndiyi güman edilir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button