Estoniyanın torpaq iddiasına Rusiyadan cavab

Rusiya və Estoniya arasında sərhədin dəyişməsi mümkünsüzdür. Bu tip bəyanatlar ölkələr arasında münasibətlərin yaxşılaşmasına xidmət etmir.

Bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının üzvü Sergey Çekov deyib.

“Rusiya və Estoniya arasında sərhədlərin dəyişməsi mümkünsüzdür. Rusiya Konstitusiyasına edilən düzəlişə əsasən, Rusiyadan ərazi qoparılması yolverilməzdir. Estoniyalı siyasətçilər bu tip çıxışlara yol verməməlidir. Bu, Rusiya ilə münasibətlərin yaxşılaşmasına imkan vermir. Onlar anlamalıdırlar ki, Estoniya dövlət kimi Rusiya olmadan formalaşa bilməzdi”.

Qeyd edək ki, Estoniya parlamentinin spikeri Henn Pılluaas Tartus razılaşmasının qüvvədə olduğunu və Rusiyanın buna görə ona bəzi torpaqları qaytarması gərəkdiyini bildirmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button