Etirazçılar xəstəxananı yandırdı, ölən var

İranda etirazlar zamanı xəstəxanada baş verən yanğında tibb bacısı ölüb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının (IRIB) məlumat yayıb.
Məlumata görə, yanvarın 9-na keçən gecə ölkənin şimal-qərbində yerləşən Gilan şəhərində xəstəxanada baş verən yanğın nəticəsində tibb bacısı həyatını itirib.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə İran rialının kəskin dəyər itirməsindən sonra Tehranda tacirlər etiraz aksiyalarına başlayıblar. Ertəsi gün tələbələr də etirazlara qoşulub. Daha sonra iğtişaşlar ölkənin əksər iri şəhərlərinə yayılıb.
Yanvarın 2-dən etibarən küçələrdə naməlum silahlı şəxslərdən ibarət qruplar peyda olub və etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmaların intensivliyi artıb.
Polise.az


