“Ətraf mühiti qorumaq” – vəzifəmizdir

Azərbaycan Respublikası Konstitusiyasına görə dövlət öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir. Vəzifə funksiyasının icrası zamanı insan və vətəndaş hüquqları və azadlıqlar, sağlam ətraf mühit, cəmiyyətin və dövlətin mənafeləri və şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Qeyd etdiklərim Konstitusiyada təsbit olunan müddəalardır. Bura “vətəndaşların sağlamlıqları və istirahəti, sağlam ətraf mühitdə yaşamaq hüququnu da əlavə etsək daha mənalı olar.
Ölkə Prezidentinin 28 dekabr 2024-cü il sərəncamı ilə 2025-ci il “Konstitusiya və Süverenlik ili” elan edilmişdir. Azərbaycan Respublikasının paytaxtı sayılan Bakı şəhərində son illər dövlət şəhərsalma norma və qaydalarına, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasına, sanitar-gigiyena və digər tələblərə əməl edilmir, əhalinin təhlükələrə məruz qalma ehtimalı var, dağıntının səviyyəsi bəzən insan itkisi ilə yadda qalır, ətraf mühitin mühafizəsi həmişə təmin olunmur və.s.
Ölkənin paytaxtında aparılan tikinti işlərinə verilən razılqlardan sui-istifadə halları nəticəsində vətəndaşların mülkiyyət hüququna vurulan zərər və xəsarətlər vətəndaş narahatlıqları və narazılıqları ilə artmaqda davam edir.
Tikintinin bəzən illərlə davam etdiyi radiusda əhalinin məskunlaşması nəzərə alınmır, küləkli havalarda ətraf toz-torpağa bürünür, insanların yaşadıqları həmin ünvanlarda abadlıq işləri bərbad hala düşür, ətraf mühit qəsdən korlanır, şəxsi maraqlar ümumi marağı üstələyir.
Narahatlıq doğuran məsələlərdən biri də, şəhərin mərkəzi-Nəsimi, Nərimanov rayonlarında tikilən binalar politelen materiallarla pərdələnmir. Binaların özülü üçün qazılan sahənin torpaqlarının daşınması zamanı , asfalt yolun palçıq altında qalan trayektoriyası 2-4 km məsafəni əhatə edir. Şəhərin və küçələrin səliqə-sahmanı qorunmur, küçəni təmizləyən, halal zəhmətlə çalışan xadimələrin iri tonnajlı maşınlardan tökülən torpağı süpürgə ilə kənara yığması da fiziki imkandan kənar olduğundan gücü çatdıqları qədər yaxın məsafəyə atmaqla iş bitir. Tikinti sahibkarlarının səhvi, sui-istifadələri və səhlənkarlığı nəticəsində ətraf mühitə vurulan ziyanın ödənilməsi məhkəmənin müdaxiləsi olmadan alınıb mənzil-kommunal təsərrüfatlarının hesabına köçürülməli, həmin məbləğin müəyyən faizi “süpürgəçi xadimə”lərinin əmək haqqına əlavə edilməlidir. Belə tikintilər zamanı piyadaların hərəkətləri məhdudlaşır, nəqliyyatın hərəkət etdiyi yolda getməyə məcbur edilir.
Bəzən binaların inşası üçün mühəndis hazırlığı üzrə tədbirlər diqqətlə təhlil edilmədiyindən ərazilərə qrunt suları axıdılır, ətrafı su basır. Məs:Rusiya Səfirliyinin yerləşdiyi Bakıxanov prospektinin “Semaşko” ərazisindən 20 yanvar istiqamətinə yön alan H.Əliyev küçəsi istiqamətində inşa edilən obyektin təkcə ətrafına yox, piyada yola tökülən ovulmuş torpaq yığımı küçəni və səkini bərbad günə qoyub, ətrafı çirkləndirir.
Binəqədi R-nun 9 cu mr/n C.Cabbarlı küçəsində yola tökülən qum təpələrini görmək və tökülən zibillərin yandırılması uzun illər ərzində ətrafı üfunət qoxuya məruz qoyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Konsitutsion vəzifə sayılan “Ətraf mühiti qorumaq” missiyasına olan nəzarəti hiss olunmur.
Azərbaycan Respublikasının hər bir vətəndaşı daha çox aidiyyəti hökümət orqanlarının vəzifəli şəxsləri ölkə Konsitutsiyasına ciddi riayət etməli, cəmiyyətin inkişafına, ümumi maraq kəsb edən vəzifə funksiyalarına uyğun içdiyi anda sədaqət nümayiş etdirməldirlər.
Ardı olacaq, saytımızı izləməkdə davam edin.
Şef Redaktordan
Polise.az