“Exit-poll”: Putin Rusiyada prezident seçkilərində 87 % səs alacaq

Martın 17-də axşam saatlarına olan məlumata əsasən, Rusiyada prezident seçkilərində seçki məntəqələrində seçici fəallığı 73 %-i ötüb.

Polise.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Seçki prosesinin gedişi ilə bağlı məlumatlara əsasən, Moskva vaxtı ilə saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) ölkə üzrə şəxsən iştirak 73,3 % təşkil edib.

Eyni zamanda, Mərkəzi Seçki Komissiyası açıqlanan nəticələrdə məsafədən elektron səsvermədə iştirakın nəzərə alınmamasına aydınlıq gətirib.

MSK-nın məlumatına görə, Rusiyanın Kalininqrad vilayəti istisna olmaqla, bütün regionlarındakı seçki məntəqələri hazırda işini başa çatdırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button