Fələstinlilərə qarşı ədalətsizlik bəşəriyyətin vicdanını yaralayır – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlətini hələ tanımayan ölkələri mövqelərinə yenidən baxmağa çağırıb.

Polise.az  xəbər verir ki, Türkiyə lideri bu barədə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı danışıb. BMT-nin yüksək səviyyəli ümumi debatları sentyabrın 22-də başlayıb.

Ərdoğan çıxışında Fələstin Prezidenti Mahmud Abbasın ardıcıl ikinci ildir BMT Baş Assambleyasının toplantılarında şəxsən iştirak edə bilməməsinə diqqət çəkib.

“Fələstin dövləti burada təmsil olunan üzv dövlətlərin böyük əksəriyyəti tərəfindən rəsmi şəkildə tanınır. Buna baxmayaraq, Fələstin Dövlətinin hörmətli Prezidenti Mahmud Abbas artıq ikinci ildir ki, bu toplantılarda iştirak edə bilmir. Fələstinli qardaş və bacılarımıza qarşı bu ədalətsizlik bəşəriyyətin vicdanını dərindən yaralayır”, – Türkiyə Prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Abbas Nyu-Yorkda şəxsən iştirak edə bilməsə də Türkiyə Fələstin məsələsini BMT tribunasından gündəmə gətirməyə davam edəcək.

“Prezident Abbas burada şəxsən iştirak edə bilməsə də ötən il olduğu kimi, azad və suveren Fələstin dövlətinin səsi olmağa davam edəcəyik. Fələstin dövlətini hələ tanımayan bütün ölkələri mövqelərinə yenidən baxmağa bir daha çağırıram”, – Ərdoğan deyib.

Qeyd edək ki, ABŞ administrasiyası Mahmud Abbas və Fələstin nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün ardıcıl ikinci il viza verməyib. BMT Baş Assambleyası isə Abbasın toplantıya videoformatda müraciət etməsinə icazə verib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button