Fərid Şəfiyev: Azərbaycan və Ermənistan arasında sülh prosesi müsbət istiqamətdə gedir

Azərbaycan və Ermənistan normallaşma danışıqları aparır və ümumilikdə sülh prosesi müsbət istiqamətdə gedir.

Polise.az  xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev İtaliya Senatının binasında “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” mövzusunda keçirilən tədbirdə deyib.

Dünyadakı mövcud geosiyasi vəziyyətdən danışan F.Şəfiyev bildirib ki, Ukrayna və Yaxın Şərqdəki böhranlardan qaynaqlanan təlatümlər istər birbaşa, istərsə də dolayısı ilə beynəlxalq münasibətlər sisteminə təsir edir və bunlar Cənubi Qafqazdan da yan keçməyib.

“Lakin yaxşı işlənmiş iqtisadi gündəliyi və rasional siyasətinə görə Azərbaycan mənfi təsirlərə daha az həssasdır”, – o bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button