Fəxrəddin Ziya – Yeriyin düşmən üstünə
Yeriyin düşmən üstünə
(döyüşən əsgərlərimizə)
Haydı igidlərim,cürət vaxtıdır,
yeriyin,yeriyin düşmən üstünə.
Ya olum,ya ölüm-qeyrət vaxtıdır,
yeriyin,yeriyin düşmən üstünə.
Yenə qan içində Turan qardaşım,
nə qədər yurd-yuvan viran, qardaşım.
Düşmənlə üz-üzə duran qardaşım,
yeriyin,yeriyin düşmən üstünə.
Aldandıq vədlərə, “bu gün-sabaha”,
vaxt indi bizimçün hər şeydən baha.
Biz ala bilməsək, qayıtmaz daha,
yeriyin,yeriyin düşmən üstünə.
Yaşlılar xiffətdən düşdülər dərdə,
getdi həya, abır, götürüldü pərdə.
Qalxın, gücünüzü göstərin bir də,
yeriyin,yeriyin düşmən üstünə.
İndi xalqın güvənc yeri siziniz,
Babəkin,Həzinin biri sizsiniz.
Bu cansız torpaqda diri sizsiniz,
yeriyin,yeriyin düşmən üstünə.
İz salın Murovun ağ zirvəsinə,
hay verin boz qurdun haray səsinə.
Hələ çox fırlanır dünya tərsinə,
yeriyin,yeriyin düşmən üstünə.
Əzin düşmənləri, əzin,yeriyin,
üzün başlarını, üzün,yeriyin.
yeriyin, yeriyin düşmən üstünə.
yeriyin, yeriyin düşmən üstünə.