Faciəvi şəkildə öldürülən Nərminin atası danışdı

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı söz-söhbətlər səngimək bilmir. Cəmiyyətdə hələ də məlum hadisə ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

News24.az xəbər verir ki, Nərmin Quliyevanın atası bu gün qızının ölüm kağızını əlinə alıb.

O, məlum hadisə ilə bağlı saytımıza danışaraq qaranlıq məqamlara aydınlıq gətirib:

Mərhumun atası hadisəni törətməkdə təqsirləndirilən İlkinin əmisi Süleymanın Nərminin haqqında nalayiq ifadələr işlətdiyini bildirib: “Nərmin 2019-cu ilin noyabr ayının 21-də itkin düşüb. O, 47 gündən sonra yanvar ayının 6-da tapılıb. Nərmini öldürdükdən sonra faciəvi şəkildə yandırıblar.

Bu hadisəni törədən İlkinin əmisi Süleyman bəzi yuotube kanallarında müsahibə verərək, gah deyir ki, bu Nərminin meyiti deyil, gah da qızımın ünvanına təhqiramiz ifadələr, ruhuna toxunan sözlər işlədir. Bunlar artıq mənim hisslərimlə oynayırlar. İlkinin polis əmisioğlu Murad Nərminin ölümünün 4-cü günündən işdən çıxıb. Burada yüz faiz Muradın əli var”. 

Şərif Quliyev İlkin Süleymanova müraciət edərək bu fikirləri səsləndirib: “Süleyman, ekspertizanı sən aparıbsan, yoxsa dövlətimiz? Mən dövlətimizdən və baş prokurordan xahiş edirəm ki, onları da bu işə cəlb etsinlər. Bunlar Nərminə bala deyib, arxasınca təhqiramiz sözlər işlədir, şərəfsizcə fikirlər səsləndirirlər. Onları heç cür başa düşmürəm. Nərmin yanarkən İlkin onu telefonla çəkib. Bunu niyə demirlər? Çəkiliş etmək yerinə meyiti söndürə bilərdi”. 

Mənbə
news24.az
Hamısını Göstər

Related Articles

Back to top button