Fahrettin Altun: Oxucular “Azərbaycanın sirləri” kitabı vasitəsilə dəyərli məlumatlar əldə edə biləcəklər

Azərbaycanın şanlı tarixi, qədim mədəniyyəti və milli dəyərlərindən bəhs edən “Azərbaycanın sirləri” kitabı vasitəsilə oxucuların Azərbaycan haqqında olduqca dəyərli məlumatlar əldə edəcəklərinə inanıram.

Polise.az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun rəhbərlik etdiyi qurum tərəfindən hazırlanan “Azərbaycanın sirləri” kitabı haqqında fikirlərini ifadə edərkən bildirib.

“Türkiyə-Azərbaycan qardaşlığını gücləndirəcək, möhkəmləndirəcək işləri birlikdə həyata keçirməyə davam etdirəcəyik”, – deyə F.Altun bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən “Bir millət, iki dövlət” şüarı ilə hazırlanmış “Azərbaycanın sirləri” kitabında Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri, Azərbaycanın qədim tarixə malik mədəniyyəti əks olunub.

“Ön söz”ü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana aid olan kitab “Türkiyə-Azərbaycan qardaşlığı”, “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısında ümumi mədəni miraslarımız”, “UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Azərbaycan”, “UNESCO Dünya Mirası Siyahısında Azərbaycan”, “Azərbaycanın turizm məkanları” və “Şuşa” mövzularında altı fəsildən ibarətdir. Burada ölkələrimiz arasındakı qardaşlıq bağlarının tarixi kökləri, ölkələrimizin ortaq baxışı, fəaliyyəti və imzaladıqları müqavilələr, Qarabağ Zəfəri, Şuşa Bəyannaməsi, Ortaq Media Platformasının yaradılması, Azərbaycanın milli bayramları, xörəkləri, idman növləri, xalçaçılıq, simli alətlər, ipəkçilik kimi mədəniyyət nümunələri, Vətənimizin misilsiz təbiəti, tarixi abidələri barədə müxtəlif məqalələr toplanıb.

Nəşrdə Azərbaycanın şanlı Zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi xüsusi hazırlanmış infoqrafiklə təqdim edilib.

Azərbaycan, türk və ingilis dillərində nəşr edilən kitabda hər mövzuya dair xüsusi fotoşəkillər yerləşdirilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button