Felinqer:İran 40 min raketlə vurulmalıdır

“ABŞ İrana “Tomahawk” raketləri ilə zərbələr endirməlidir”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Avstriyanın NATO Genişlənmə Komitəsinin sədri Günter Felinqer sosial media hesabında bildirib.
ABŞ-nin Yaxın Şərqə göndərdiyi təyyarədaşıyan gəmisinin şəklini paylaşan Felinqer yazıb:
“ABŞ-dən iranlılara ədalət göstərməsini və öldürülən hər mülki etirazçı üçün “Tomahawk” raketi atmasını xahiş edirəm. Öldürülən 40 000 iranlıya 40 000 “Tomahawk” düşür. Bu, Amerika ədalətidir”.

Polise.az



