FHN: Ağdərə və Goranboy istiqamətində yanğınla mübarizə davam edir – VİDEO

Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.
Bu barədə Polise.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.
Əlavə məlumat veriləcək.



