FHN: Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bu barədə  Polise.az -a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button