FHN iki nəfərin öldüyü qəza ilə bağlı açıqlama yaydı

Lənkəran-Astara magistral yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Polise.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, magistralın 154-cü kilometrliyində “Mercedes Vito” markalı avtomobil yük avtomobilinə çırpılıb. Qəza nəticəsində iki nəfər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi vasitələrlə 1961-ci il təvəllüdlü Gülnaz Yusub qızı Ağayeva və 1997-ci il təvəllüdlü Zaman Tərlan oğlu Nəsirovun meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Polise.az



