FHN: Sumqayıtda köməksiz vəziyyətdə qalmış vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılıb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button