Fidan: Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçiliyini davam etdirəcək

Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi kimi missiyasını davam etdirəcək.

“Polise.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Biz vasitəçi olaraq öz missiyamızı yerinə yetirməyə davam edəcəyik. Bu proses yalnız hər yeni addımda əldə edilən nəticələr əsasında müsbət irəliləyiş olarsa, əhəmiyyət kəsb edir”, – Fidan bildirib.

O əlavə edib ki, Türkiyə ilk gündən Rusiya-Ukrayna münaqişəsinin həlli üçün səylər göstərir.

“Danışıqların iki raundu ərzində mühüm nəticələr əldə etdik. Biz şadıq ki, indiyədək əldə olunmuş əsir mübadiləsinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb. Danışıqların ikinci raundu zamanı tərəflərin atəşkəs və sülh məsələləri ilə bağlı mövqelərini əks etdirən memorandumların mübadiləsi mühüm hadisədir”, – Fidan vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button