Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir

Finlandiya Quru Qoşunları Sərhəd Mühafizəsi ilə birgə Rusiya ilə sərhəd rayonlarında təlimlər keçirir.

Polise.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Quru Qoşunlarının qərargahının mətbuata açıqlamasında bildirilir.

“Cənub 2/24” təlimində təxminən 1 700 nəfər və 300-ə yaxın texnika iştirak edir.

Təlimlər səbəbindən Vaalimaa keçid məntəqəsinə gedən avtomobil yolu avqustun əvvəlinə qədər bağlanacaq.

Sankt-Peterburqa ən yaxın olan Vaalimaa keçid məntəqəsi Finlandiya və Sovet İttifaqı arasında ilk sərhəd keçid məntəqəsi kimi 1958-ci ildə açılıb. Bu, Avropa İttifaqının ən işlək quru sərhəd keçid məntəqələrindən biridir. Finlandiya Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ilin noyabr ayının sonundan etibarən Rusiya ilə sərhəddəki bütün yol keçid məntəqələri növbəti xəbərdarlığa qədər bağlanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button