Fon der Leyenə qarşı 35 milyardlıq korrupsiya ittihamı: İddiaçılar kimlərdir?
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə qarşı min fiziki və hüquqi şəxs tərəfindən məhkəmə iddiası qaldırılıb. İddiaçılar onun 35 milyard avrodan çox dəyərində sınaqdan keçirilməmiş COVID-19 vaksinlərinin alınmasında korrupsiyaya yol verdiyini bildirirlər.
Musavat.com xəbər verir ki, iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan iddiaçılar arasında Polşa və Macarıstan hökumətləri, ictimai təşkilatlar (məsələn, həkimlərin və stüardessaların peşəkar birlikləri) və fiziki şəxslər var.
Onun sözlərinə görə, məhkəmə prosesində Avropa hakimiyyətinin Avropa bazarına təhlükəsiz və effektiv hesab edilən, lakin əslində heç biri olmayan məhsulu çıxartmaqla ictimaiyyəti aldatdığı aydın olacaq.
Qeyd edək ki, fon der Leyen Aİ üçün peyvəndlərin alınması ilə bağlı Pfizer əczaçılıq şirkətinin rəhbəri ilə şəxsi yazışmalarda danışıqlar apardığı və sonra mesajları sildiyi üçün korrupsiyada ittiham edilir.
Hazırda Rfizer peyvəndlərin mənfi təsirlərinə görə çoxmilyardlıq təzminat iddiaları ilə mübarizə aparır.
Polise.az