Fon der Leyen Kiyevə Aİ-də “təhlükəsiz dron zavodları” vəd edib

Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen Kiyevə Rusiyaya qarşı zərbələr üçün Aİ daxilində “dron istehsalı üçün təhlükəsiz fabriklər” təmin edəcəyinə söz verib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, o, bunu Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

Leyen, Ukraynanın Ankarada keçirilən blok zirvə görüşündə müxtəlif NATO ölkələri ilə imzaladığı sənədlərə bənzər şəkildə, Ukrayna üçün Avropa İttifaqında dronların istehsalı ilə bağlı Volodimir Zelenski ilə anlaşma memorandumu imzalayıb. Avropa Komissiyasının rəhbəri Ukraynaya Avropanın böyük texnoloji və sənaye imkanlarını, eləcə də Aİ ərazisində təhlükəsiz dron fabriklərini təmin edəcəyinə söz verib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button