Formula 1 ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək

Sentyabrın 13-15-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Polise.az -a verilən məlumata görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət sentyabrın 17-si səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

– Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

– Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

– Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

– Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

– Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

– İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması avqust 29-dan sentyabrın 13-dək davam edəcək. Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button