Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı və Siyəzən rayonlarının sakinləri ilə görüş keçirəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul yanvarın 17-si saat 10.00-da Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı yanvarın 16-da Xızı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-dan etibarən başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Qəbulla bağlı +994 (12) 512-01-14 əlaqə nömrəsindən və ya [email protected] e-mail ünvanından əlaqə saxlamaq olar.
Polise.az