Fransa, Avstraliya və Yeni Zelandiya vətəndaşları Bakı metropoliteninin vaqonlarına ziyan vurublar

Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a bildirilib ki, turist kimi ölkəmizdə olan Fransa, Avstraliya və Yeni Zelandiya vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyənləşdirilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button