Fransa “demokratiya”sı – Qarabağdan hazırlanan bir reportaja dözmədilər…

Fransa deyəndə insanların beyinlərində parfüm, Eyfel qülləsi, “məşhur” “Qırmızı məhəllə” ilə yanaşı, “Jak Şirak qudurub”, “heç Fransada da filankəs kimi qeyrətsiz yoxdur”, “ermənipərəst” kəlmələri də dolaşır. Bu reallıqlarla yanaşı, rəsmi Paris zaman-zaman belə bir fikir də formalaşdırılmağa çalışıb ki, Fransa demokratiyanın beşiyidir, orada kimliyindən asılı olmayaraq insanların hüquqları, fikir, din azadlıqları qorunur və s. Ancaq faktlar, gördüklərimiz, müşahidə etdiklərimiz sübut edir ki, Fransanın demokratiya bağırtıları yalnız özünə çatana qədərdir. Fransa faktiki olaraq demokratiya anlayışını öz qərəzli, ədalətsiz davranışları ilə darmadağın edir.

Bunu söyləmək üçün əlbəttə ki, kifayət qədər mötəbər sübutlar var:

Fransanın TF1 televiziya kanalında Qarabağla bağlı bir neçə gün öncə bir reportaj yayımlandı. Telekanal tam olmasa da, Azərbaycanın haqlı tərəf olması, ermənilərin işğalçılığı və bu gün bizim sadəcə azadlıq müharibəsi aparması faktları qarşısında aciz qalaraq Ermənistanı tam müdafiə edə bilməmişdi. Azərbaycanın həmin reportajda haqlı tərəf olduğu, ermənilərin hərbi cinayətlər törətdiyi qənaəti formalaşırdı.
Bu material yayımlanandan sonra Fransadakı erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı və reportajı hazırlayan jurnalist haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.

Fransa Erməni Təşkilatları Şurasının həmsədri Murad “Frank” Papazyan hətta daha da irəli gedərək TF1-ə qarşı kütləvi etiraza çağırış edib. Təkliflər səslənib ki, telekanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta sosial şəbəkədə jurnalisti öldürməyi təklif edənlər də olub…
Və sanki Fransa tv-nə sadəcə bir bəhanə lazım imiş ki, Azərbaycanın haqlı tərəf olduğu görünən reportajı öz saytndan, internet resurslarından silsin. Hesab olunur ki, reportaj heç də ermənilərin güclü təzyiqləri səbəbindən deyil, Makronun, Fransa hökumətinin qərəzli mövqeyinin təzahürü olaraq silinib.

Harda qaldı demokratiya? Əgər belə demokratsınıza, media qayda-qanunlarına uyğun olaraq reportajı silməməli idiniz. Ənənələr və qanunlar üzrə ermənilərə uzaqbaşı tribuna verə bilərdilər ki, onlar da danışsın. Amma başa düşürlər ki, erməni yalanları reallıqlar qarşısında acizdir, ona görə də anti-demokratik üsula – reportajı silmək variantına əl atıblar.

Bunun heç bir izahı yoxdur və Fransanın bir dövlət olaraq terrorçu ermənilərin mövqeyindən çıxış etdiyini ortaya qoymuş olublar.
Azərbaycanın haqq mübarizəsi apardığını açıq şəkildə demirdilər də o reportajda. Sadəcə, proseslərə işıq salmışdılar və hər kəs mənzərəni özü görə bilirdi. Anlaşılırdı ki, Azərbaycan yalnız öz torpaqlarını işöaldan azad edir, Ermənistan mülki əhalini bombalayıb hərbi cinayət, terror törədir…

Bir reportajı həzm edə bilmirlər, demokratiya-filan düşünmədən onu sildirirlər. İndi eybəcərliyin dərəcəsinə baxın ki, Fransada İslam peyğəmbərin karikaturasını dərc edən “Charlie Hebdo” jurnalı yüz milyonlarla müsəlmanı təhqir etdi, amma dərgi satışdan çıxarılmadı, karikaturalar silinmədi. Milyonlarla müsəlmanın heysiyyatı ilə oynanılmasını rəsmi Paris demokratiya sayır, Azərbaycanın haqlı mövqeyinin, terrora məruz qalmasının işıqlandırılmasını isə əngəlləyirlər.

“Charlie Hebdo” jurnalı bu yaramazlığı, media, din azadlığına həqarət olan davranışını indi deyil, 2012-ci ildən üzü bu yana davam etdirir. Ötən ayın sonlarından isə jurnal məlum karikaturanı bir daha yaydı. Dünya müsəlmanları Fransadan bu dərgini qapatmağı, peyğəmbərin karikaturasının dərcinə yasaq qoyulmasını tələb edəndə isə Makron açıqlama verdi ki, Fransada media azaddır. Əgər azaddırsa, nədən Azərbaycanın xeyrinə olan materialı saytlardan sildirirsiniz? Belə məlum olur ki, Ərdoğanın dediyi kimi, Makronun təcili olaraq beyin müalicəsinə ehtiyacı var…

Təsəvvür edin, Fransada dünyada yüz milyonlarla insanı təhqir edən karikaturaların yayılmasını “söz azadlığı” kimi təqdim edənlər, bir qrup erməni əsilli vətəndaşın etirazına görə Qarabağdan reportajı nəinki efirdən, telekanalın arxivindən sildirib…

Beləliklə, Fransa özü bütün dünyaya duyurur ki, bu ölkədə demokratiya, söz azadlığı haqda deyilənlər sadəcə imitasiyadır. Onların özünə məxsus “demokratiyaları” var: konkret standart yoxdur, yalnız ikili standartlar, siyasi maraqlar müstəvisində addımlar atırlar.
Bütün bunlar isə dünyanın tamamilə yeni bir düzəninin formalaşdırılmasına, psevdo-demokratların dünya idarəçiliyində iştirakının məhdudlaşdırılmasına ciddi zərurət yarandığı göstərir. Çünki belə dövlətlərin “hegemon”luğu bəşəriyyəti fəlakətə sürükləyir…

Sirr deyil ki, post-pandemiya dövründə fərqli bir dünya formalaşmaqdadır. Maskalar cırılır, pərdəarxası oyunlar ifşa olunur və bir daha görünür ki, yeni düzəndə türk-islam ədalətinə söykənən bir dünya nizamı qaçılmaz prosesə çevrilir…
Riyakar, ikili standartlı “demokratiya” çox davam edə bilməz…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button