“Fransa Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir”-Politoloq

Emmanuel Macronun mayın 4-də Ermənistana iki günlük səfəri planlaşdırılır.

Bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Korkayev məlumat verib.

Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir.

Politoloq Oqtay Qasımov “Paraqraf.com”a bildirib ki, Ermənistanla Fransa arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

Oqtay Qasımov

“Xüsusilə 2020-ci ildən sonra – Makron hakimiyyəti dövründə Fransa Ermənistanda mövqelərini ciddi şəkildə gücləndirib. Tərəflər arasında münasibətlər inkişaf edir və müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Bu baxımdan, Makronun növbəti səfərinə təəccüblə yanaşmağa əsas yoxdur. Bu ilin may ayında Ermənistanda Avropa Siyasi Toplantısının iclası keçiriləcək. Makron və Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin də həmin tədbirdə iştirakı gözlənilir”.

Politoloq qeyd edib ki, Makronun Ermənistana səfərinin iki əsas səbəbi var:

“Birincisi, bu səfərlə Ermənistan–Fransa münasibətlərinin səviyyəsinin daha da yüksəldilməsi nəzərdə tutulur.
İkincisi, Fransa təsir imkanlarını artırmaq və Ermənistan üzərindən Güney Qafqazda mövqelərini gücləndirmək istəyir.

Digər səbəb isə Makronun Ermənistanda keçiriləcək Avropa Siyasi Toplantısında iştirak etmək niyyətidir. Fransa və Avropa İttifaqı Paşinyan hakimiyyətini dəstəkləyir. Seçki ərəfəsində belə bir tədbirin Ermənistanda keçirilməsi hakimiyyətə siyasi mesaj xarakteri daşıyır. Bu baxımdan, bu münasibətlər ənənəvi xarakter daşıyır. Ermənistan Fransanı özünə ən yaxın dövlət və tərəfdaş hesab edir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button