Fransa İran aviaşirkətinin Parisə planlaşdırılan reysini ləğv edib
![](/wp-content/uploads/2025/01/98cf1bd4-7abb-33d3-af5f-063b32360f82_850-780x470.jpg)
Fransa İranın “AirTour” aviaşirkətinin yanvarın 31-nə Parisə planlaşdırılan reysinin həyata keçirilməsinə verilmiş icazəni heç bir səbəb göstərmədən ləğv edib.
Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Seyid Razi Musəvi məlumat verib.
“Fransanın aviasiya tənzimləyicisi absurd şəkildə və heç bir səbəb göstərmədən “AirTour”un Parisə planlaşdırılan reysini ləğv edib”, – o, ILNA agentliyinə müsahibəsində bildirib.
Polise.az