Fransa kanalı Ermənistanı xəritədən sildi – FOTO

Fransanın “Arte France” telekanalının “28 dəqiqə” verilişində Ermənistanın olmadığı Cənubi Qafqaz xəritəsi yayımlanıb.
Bu barədə “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədə məlumat yayıb.
“Mən qətiyyən inanmıram ki, bu, “Arte France”da qəsdən edilib və ya Azərbaycan televiziya lobbisinin hərəkətləridir. Lakin bu səhv göz və ürəyi ağrıdır: Ermənistan Qafqazın xəritəsindən sadəcə silinib. Ərdoğan və Əliyevin arzusu…” – Buisson yazıb.
Qeyd edək ki, Fransada mediaya güclü təsir edən erməni diasporuna qulluq göstərənlər dəstəsi öz səhvlərində belə Azərbaycanı və Türkiyəni “günahkar” çıxarmağa təşəbbüs edəcək qədər bəsitləşiblər.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button