“Fransa Rusiyadan asılılığı aradan qaldırmaq üçün hərəkətə keçdi” – KİV
Fransa hakimiyyəti Rusiya qazından asılılığı azaltmaq üçün görünməmiş resursları yerləşdirəcək.
“Les Echos” öz mənbələrinə istinadən belə bir məlumat yayıb. Xəbərlərdə qeyd olunur ki, bu istiqamətdə atılan addımlardan biri də Havr limanında LNG-nin qəbulu üçün terminalın yaradılması olacaq.
Hesablamalara görə, layihə reallaşarsa, Havr limanındakı üzən terminal ABŞ, Qətər və Afrika ölkələrindən 3,9 milyon ton LNG qazını ölkəyə idxal edə biləcək.