Fransa səfirindən Qarabağla bağlı paylaşım: “Beynəlxalq hüququ müdafiə edirik”

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Qarabağla bağlı paylaşım edib. 

Bu barədə o “Twitter” hesabında yazıb.

“Bu, Azərbaycan və Ermənistan üçün iyulda və payızda baş vermiş iki açıq münaqişə ilə taleyüklü il oldu. Azərbaycan bayrağı Qarabağın ətrafındakı yeddi rayonda və Şuşa şəhərində ucaldıldı”, – deyə o qeyd edib.

Səfir bildirib ki, hər iki tərəfdən qaçqın və məcburi köçkünlərin bölgəyə qayıtmasına görə çoxlu suallar ortaya çıxacaq. 

O qeyd edib ki, Fransa beynəlxalq hüququ müdafiə etməyə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

“İndi regionda sülhə hazırlaşmaq, nifrətə son qoymağa, inamı, tərəqqini və sabitliyi inkişaf etdirmək zamanıdır”, – deyə Z.Qross əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button