Fransa XİN Ukraynaya 300 milyon avro maliyyə yardımı ayrıldığını təsdiqləyib

Fransanın xarici işlər naziri Jan-İv Le Drian cümə axşamı ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb və Parisin Kiyevə 300 milyon avro maliyyə yardımı ayırdığını bildirib.

“Nazir yaxın günlərdə Fransa prezidentinin (Emmanuel Makron) Ukrayna prezidenti (Volodimir) Zelenskiyə verdiyi öhdəliyə uyğun olaraq, 300 milyon avro maliyyə yardımı paketinin ayrılmasını təsdiqləyib”, – deyə Fransa XİN-in bəyanatında bildirilib.

Sənəddə qeyd olunub ki, Le Drian və Kuleba Ukraynadakı müharibə kontekstində Fransanın tərəfdaşları ilə birlikdə bu ölkəyə verdiyi dəstəyi ətraflı müzakirə ediblər.

Fransa xarici işlər naziri həmsöhbətini əmin edib ki, Fransa tərəfi Rusiyaya sanksiya yükünün sərtləşdirilməsi istiqamətində Aİ səviyyəsində səylərini davam etdirəcək.

Hamısını Göstər

Related Articles

Back to top button