Fransada iğtişaşlar davam edir – 40-a yaxın avtomobil yandırıldı

İyulun 14-dən 15-nə keçən gecə bütün Fransada Bastilyanın alınması milli bayramının qeyd edildiyi vaxtda Lion küçələrində 40-a yaxın avtomobil yandırılıb.

TASS xəbər verir ki, şəhər və şəhərətrafı ərazilərə 1200 yanğınsöndürən cəlb edilib.

Avtomobillərin əksəriyyəti Lion aqlomerasiyasının şərqində və cənub-şərqində yandırılıb.

Bundan əlavə, şəhərdə iğtişaşlar daha sərt şəkil alıb. Xuliqanlarla polislər arasında toqquşmalar qeydə alınıb.

Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Həmçinin, yoldan keçən bir nəfər – 60 yaşlı kişi pirotexniki vasitələrdən yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İğtişaşların yatırılması zamanı altı nəfər saxlanılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button