Fransalı jurnalistlər Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub
Azərbaycanın Fransadakı səfirinin müşayiəti ilə Fransa və Əlcəzair media nümayəndələri Gəncəyə səfər edib.
Cin-Maykl Lüsiyen Brun, İfrak Karim və Əlcəzairdən Sara Durman Gəncədə raket düşən ərazilərə baxıblar.
Bildirilib ki, Ermənistanın siyasi hakimiyyətinin müharibə ərazisindən uzaq yaşayış yerlərini, hərbi hissələrin və hərbi obyektlərin olmadığı əraziləri hədəfə alması terror siyasətidir.
Qeyd edilib ki, Gəncədə və Azərbaycanın digər ərazilərində mülki əhaliyə qarşı törədilmiş cinayətlər Fransa mətbuatında növbəti dəfə işıqlandırılacaq.



