Fransalı siyasətçi Aİ-ni “məhv etməyə” çağırış edib

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkəsini Avropa İttifaqından (Aİ) çıxmağa və bu təşkilatı “məhv etməyə” çağırıb.

Polise.az  xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində Brüsselin “MERCOSUR” ilə azad ticarət sazişinin qəbulunu sürətləndirmək qərarına münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, bu saziş Fransanın kənd təsərrüfatına ciddi ziyan vuracaq: “Bu qərar bizim kənd təsərrüfatımızı öldürəcək. Aİ bizi məhv etməmişdən əvvəl onu məhv edək!”.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button