Fransanı bir-birinə qatan gizli telefon danışığı: Ərin kişi sevgilisi var

Fransalı siyasi şərhçi Nikolas Prisette son açıqlaması ilə ölkəsində gündəmi dəyişib.

Bu barədə “Haber Global”ın hazırladığı məlumatda qeyd edilir.

Siyasətçi iddia edib ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitə zəng gəlib. Qarşı tərəfdəki şəxs “Bilirəm, əriniz hazırda kişi sevgilisinin yanındadır”, – deyə Bricitə səslənib.

Bu açıqlamadan sonra Makrona yaxın olan senator Fransis Patriat hadisənin ona pis təsir etdiyini deyib:

“Bricitə gələn telefon zəngindən sonra sarsıldım. Bu xəbərdən sonra nə edəcəyimi bilmədim, amma mən yenə də Makronla birgə addımlamağa davam edəcəyəm”.

Qeyd edək ki, Bricitin özü barədə də ötən ay yayılan iddialar geniş səs-küyə səbəb olmuşdu. Belə ki, onun əslində Jan-Mişel Tronye kişi adı ilə doğulduğu və sonradan cinsiyyətini dəyişdiyi iddia edilmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button