FRANSANIN BAKIDAKI DAHA BİR CASUSU HƏBS EDİLİB
“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib”.
Bu barədə “Observer Online” yazır.
06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.
Həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.
A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.
4 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.
Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru – əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antuan Cxuyun tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.
“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib, 2002-ci ildə buna görə məhkum edilib, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilib”. (Trend)
Polise.az