Fransanın Bakıya qarşı qətnaməsi: Xəbərdarlıq etməliyik!

Fransa Senatı gələn həftə keçmiş “dqr”in “müstəqilliyini” tanımağa çağıran qətnamə layihəsini müzakirəyə çıxaracaq. Layihənin müəlliflərindən biri, Senatda Respublikaçılar fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, tanınma türk-islamçı ekspansionizmi qarşısında (keçmiş) Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər.

Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, layihənin müəllifi müsahibə verərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib:

“Deməli, bunlara elə gəlir ki, Azərbaycan Ordusundan başqa müharibədə Fransanın bütün rəbiqləri iştirak edib. Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann İdalqo da “qətnamə layihəsi” müəllifləri ilə həmfikirdir.

Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır. Fransa Prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, həmin qətnamənin dəstəklənməsinin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Biz Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq: “Sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə riskini artıracaq”. Yəni onlara anlatmalıyıq ki, “qətnamələr”iniz erməniləri qorumaq əvəzinə, onların problemlərini artıracaq”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button