Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb – FAK

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərinə PUA-lar da daxil olmaqla, digər hərbi vasitələr üçün akkumulyator və batareyalar istehsal edən “Enerqiya” zavodunu vurub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

PUA hücumlarından sonra müəssisədə partlayışın baş verdiyi bildirilib.

Lipetsk vilayətinin rəhbərliyi PUA-nın qalıqlarının zavodun sənaye zonasına düşdüyünü və yanğının baş verdiyini deyib. Bütün işçilər zavoddan təxliyə edilib, bir neçə nəfər xəsarət alıb.

Həmçinin dronun qalıqları hündürmərtəbəli binaya düşüb, 30 mənzilə ziyan dəyib.

Hücuma məruz qalmış “Enerqiya” zavodu kimyəvi enerji mənbələrinin istehsalı üzrə ixtisaslaşmış iri Rusiya müəssisəsidir. Zavod PUA-lar, digər hərbi aviasiya vasitələri və donanma üçün akkumulyator və batareyalar istehsal edir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button